Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda “Frayburq” “Nant”ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti matçını oktyabrın 13-ü evdə "Olimpiakos"a qarşı keçirəcək.
6 oktyabr
Avropa Liqası, 3-ü tur
G qrupu
23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) - 0:3
Qollar: Ovusu Kvabena, 68, Marko Veşoviç, 82, Ramil Şeydayev, 86
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu
23:00. "Frayburq" (Almaniya) - "Nant" (Fransa) - 2:0
Qollar: Kyereh, 48, Qrifo, 72