...Sampaoli qayıtd

...Sampaoli qayıtd

Xorxe Sampaolinin "Sevilya"ya baş məşqçi təyinatı rəsmiləşib. Qol.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. Argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. Son iş yeri "Marsel" olan Sampaoli bu vəzifədə Xulen Lopeteqini əvəz edib. Qeyd edək ki, Sampaoli 2016/2017 mövsümündə də "Sevilya"nı çalışdırıb. İspaniya təmsilçisi  2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.