Xabi Alonso "Bayer"də

Xabi Alonso "Bayer"də

"Bayer"in yeni çalışdırıcısı Xabi Alonso Bundesliqada 2-ci ispaniyalı baş məşqçi olub. Bu barədə "Opta" məlumat yayıb. Alonsodan əvvəl isə Xosep Qvardiola Bundesliqada çalışan yeganə ispaniyalı mütəxəssis idi.  2013-2016-cı illərdə "Bavariya"nı çalışdıran Qvardiola komandası hər oyunda orta hesabla 2.5 xal qazanmaqla Bundesliqada tarixinin ən uğurlu baş məşqçisi olub. Qeyd edək ki, "Bayer" Xab Alonso ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.