Təmsilçimiz sürətli şahmat üzrə Avropa çempionu adını qazandı

Təmsilçimiz sürətli şahmat üzrə Avropa çempionu adını qazandı

Sentyabrın 26-da Çernaqoriyanın Budva şəhərində 8-18 yaşlı yeniyetmələr arasında Avropa Çempionatı start götürüb. Çempionatda 35-ə yaxın ölkədən 1000-dən artıq zəka sahibi öz qüvvəsini sınayır. Əvvəlcə sentyabr 26-27-də tarixlərində sürətli şahmat üzrə yarış keçirilib. Ölkəmizi sürətli şahmat çempionatında Gövhər Beydullayeva təmsil edib. 10 yaşlı qızlar arasında təmsilçimiz 9 oyundan 8 xal toplayaraq Avropa Çempionu adına layiq görülüb.
Sentyabrın 29-da isə 8-18 yaşlı yeniyetmələr arasında 23-cü Avropa Çempionatı start götürəcək. Ölkəmizi bu möhtəşəm yarışda 28 şahmatçı təmsil edəcək. Çempionat İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək və oktyabrın 9-da başa çatacaq.