Oktyabrın 8-də Yaponiyanın ölkəmizdəki səfirliyi və bir sıra federasiyaların birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Bakı İdman Sarayında ölkəmizdə bir çox yapon döyüş idman sənətini bir araya gətirəcək “Azərbaycan budo-yapon döyüş sənətləri festivalı” təşkil olunub. Tədbirdə əvvəlcə Azərbaycan və Yaponiyanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yaponiyanın ölkəmizdəki səfiri CuniçiVada bildirib ki, budonun Azərbaycanda sevilməsi və qəbul edilməsi çox sevindiricidir. Festivalda budonun 9 sənət növündən Azərbaycanda geniş vüsət alan cüdo, kendo, karate, aykido, ciu-citsu təqdim ediləcək”, - deyə səfir sözlərinə əlavə edib.
Gənclər və idman naziri Fərid Qayıbov və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışlarında Budo festivalının ilk dəfə 3 il öncə təşkil edildiyini, lakin yeni növ koronovirus pandemiyasının yayılması ilə əlaqədar bir müddət keçirilməsi mümkün olmadığını xatırladıb. O, qeyd edib ki, bütün bunlara baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümünə təsadüf edən bu tədbirin təşkili sevindirici haldır.
Sonra tədbirdə Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiya və klublardan 70 nəfərədək idmançı çıxış edib.
Festivalda karate, parakarate, cüdo, paracüdoaykido, kendo, ciu-citsu kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunub.
Ölkəmizdə “Azərbaycan budo-yapon döyüş sənətləri festivalı” təşkil olunub