Son günlər fəallığı ilə seçilən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası mövsümün növbəti beynəlxalq yarışına ev sahibliyi etməyə hazırlaşır. Belə ki, ölkəmizdə oktyabrın 21-23-də Mingəçevir Reqatası təşkil olunacaq. Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasının birinci günü Suqovuşanda keçiriləcək. Yarışda 15 ölkənin - Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Özbəkistan və Ukraynanın komandaları mübarizə aparacaq. Sürət, tarazlıq və güc mübarizəsində idmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək.
Mingəçevir Reqatasının ilk günü Suqovuşanda keçiriləcək