Para-pauerliftinq üzrə milliyə yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə milliyə yeni baş məşqçi təyin olunub

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının baş məşqçi vəzifəsi Elşən Hüseynova həvalə olunub.Komitədən bildirilib ki, E.Hüseynov 243 kiloqram nəticə ilə dünya rekordçusudur. O, Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının heyətində iştirak edib.
Komandanın sabiq baş məşqçisi İlqar İbişov isə bu vəzifəsindən kənarlaşdırılıb.