AVRO-2024: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi 

AVRO-2024: Azərbaycan millisinin rəqibləri müəyyənləşdi 

Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində futbol üzrə Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.Tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qardaş ölkə Türkiyə millisi isə Avro-2024-ün seçmə mərhələsində D qrupunda mübarizə aparaq. “Ay-ulduzlu” komanda Xorvatiya, Uels, Ermənistan və Latviya ilə eyni qrupda yer alıb. 
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

Qrupların tərkibi belədir:
A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr
B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq
C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta
D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya
E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova
F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya
G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva
H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, Şimali İrlandiya, San Marino,
İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra
J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşteyn