Ronaldo 34 milyon avroluq təklifi dəyərləndirəcəkmi?

Ronaldo 34 milyon avroluq təklifi dəyərləndirəcəkmi?

ABŞ-ın "İnterMayami" klubu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən portuqaliyalı futbolçu KriştianuRonaldoya illik 34 milyon avro məvacib təklif edib. Artıq tərəflər mümkün transferi müzakirə ediblər. Razılıq əldə olunsa, 37 yaşlı hücumçu gələn ilin yanvarında "İnterMayami"yə keçəcək.
Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu DevidBekhemə məxsus kluba hələlik yekun qərarını bildirməyib.
Qeyd edək ki, KriştianuRonaldo bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qolla yadda qalıb.