Tarixi qolun müəllifi olan futbolçu qəzada həyatını itirdi 

Tarixi qolun müəllifi olan futbolçu qəzada həyatını itirdi 

Şotlandiyalı futbolçu GevinStoks 30 yaşında vəfat edib. O, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasında dünyasını dəyişib.Hadisə zamanı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, GevinStoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.