Sumoçularımız qitə birinciliyini 7 medalla başa vurublar 

Sumoçularımız qitə birinciliyini 7 medalla başa vurublar 

Estoniyanın Rakvere şəhərində yeniyetmələr arasında sumo üzrə Avropa birinciliyi keçirilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın 10 üzvündən 7-si mükafatçılar sırasında yer alıb.
Kiçik yeniyetmələrin (16 yaşa qədər) yarışında Rüfət Quliyev (65 kq) gümüş, Nuhan Müzəffərov (50 kq) və İman Babayev (75 kq) isə bürünc medal qazanıblar. Böyük yeniyetmələr (18 yaşadək) arasında Veys Nəbiyev (55 kq), Vəlirza Vəliyev (60 kq) və Ramazan Bəxtiyarov (100 kq) gümüş, Arif Şıxbabayev (100 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, idmançılarımız (Arif Şıxbabayev, Xəlil Murzayev, Nihad Məmmədzadə, İman Babayev) komanda yarışında çempionatın bürünc mükafatçısı olublar.