ÇL: “Qoca Sinyora”nın Hayfa səfəri həlledici olacaq 

ÇL: “Qoca Sinyora”nın Hayfa səfəri həlledici olacaq 

Bu gün UEFA Çempionlar Liqasında növbti turun qarşılaşmalarına start veriləcək. Ötən turda evdə rəqiblərini qarşılayan komandalar səfərdə qonaq qismində çıxış edəcəklər. Günün ilk iki matçı Bakı vaxtı ilə 20:45-də başlayacaq. Bir həftə əvvəl doğma azarkeşlər önündə «Kopenhagen»nin qapısından 5 cavabsız top keçirən «Mançester Siti» qələbə qazandığı təqdirdə, növbəti mərhələyə vəsiqə əldə edən ilk komanda olacaq. Qrupun digər qarşılaşmasında Dortmund «Borussiya»sı  «Sevilya»nı sınağa çəkəcək. İlk görüşdə böyük hesablı məğlubiyyət və baş məşqçi Xülyen Lopeteqenin istefası yəqin ki, unudulmuyub.  Eyni saatda Hayfa şəhərindəki «Sammy Ofer » stadionda «Makkabi» «Yuventus»un Turindəki qələbəsinə cavab verməyə çalışacaq - 1:3. 
Qeydə edək ki, «Qoca Sinyora» qələbə qazandığı təqdirdə növbəti mərhələ şansını saxlaya biləcək. Çünki gecə saatlarında onun ən yaxın izləyicisi «Benfika» Fransada PSJ ilə üz-üzə gələcək. Bu komandalar bu tura qədər hərəyə 7 xal topladığı üçün daha şanslı görünürlər - (ilk oyun 1:1). Tərəflərdən biri 90 dəqiqənin tamamında 3 xal əldə etdiyi təqdirdə növbəti mərhələyə asanlıqda keçəcək.        


G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya)
23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)