Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu Yevgeni Kafelnikov Rusiyanın məşhur idman nəşri "Sport-Ekspress”in qonağı olub. "Roland Garros-1996” və "Australian Open-1999” yarışlarının qalibi, dünyanın keçmiş 1-ci raket ustası, Rusiya Tennis Federasiyasının vitse-prezidenti Y.Kafelnikov 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı fikirlərini söyləyib.
"Düşünürəm ki, Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarına qatılmaq üçün şansım çox azdır. Bu olimpiadada iştirak etmək mənim ən böyük arzumdur və mən bu arzu ilə yaşayıram”, - deyən məşhur idmançı tennis idman növündə dopinq problemi və bəzi başqa məsələlər barədə də fikirlərini bildirib.