ÇL: ötən gecənin gözlənilməz nəticələri

ÇL: ötən gecənin gözlənilməz nəticələri

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. Keçirilən matçlarda gözlənilməz nəticələr qeydə alınıb.  G qrupunda "Mançester Siti" səfərdə "Kopenhagen"lə (0:0), Dortmund "Borussiya"sı isə "Sevilya" ilə xаl bölüşdürüb - 1:1. Lakin bu xal itkisi «şəhərlilər»in qrup lider kimi başa vurub, pley-offa vəsiqə qazmasına manne olmayıb.

H qrupunda  "Makkabi" "Yuventus"u Hayfada əliboş göndərib - 2:0. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) matçında da qalib müəyyənləşməyib.

F qrupunda "Real" Varşavada Donetsk "Şaxtyor"unun qələbəsinə son anda müdaxilə edib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zalsburq"u ilə qarşılaşıb - 1:1. E qrupunun digər matçında isə "Çelsi" İtaliyada "Milan"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

 

11 oktyabr

 

Çempionlar Liqası

 

Qrup mərhələsi, 4-cü tur

 

E qrupu

 

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2

 

Qollar: Jorjinyo, 22-pen, Pyer-Emerik Obameyanq, 34

 

Qırmızı vərəqə: Tomori, 18 ("Milan")

 

 

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zalsburq" (Avstriya) - 1:1

 

Qollar: Robert Lyubiçiç, 40 - Nikolas Sayvald, 12

 

F qrupu

 

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 0:2

 

Qollar: Timo Verner, 75. Emil Forsberq, 84

 

 

 

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (İspaniya) - 1:1

 

Qollar: Aleksandr Zubkov, 46 - Antonio Rüdiger, 90+5

 

G qrupu

 

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

 

Qırmızı vərəqə: Serxio Qomes, 30 ("Mançester Siti")

 

 

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

 

Qollar: Cud Bellingem, 35 - Tanqi Kuassi, 18

 

H qrupu

 

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0

 

Qollar: Omer Atzuli, 7, 42

 

 

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1

 

Qollar: Kilian Mbappe, 40-pen - Joau Mariu, 62-pen

ÇL: ötən gecənin gözlənilməz nəticələri