Uşuçularımızın Balkan zəfəri 

Uşuçularımızın Balkan zəfəri 

Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə Balkan çempionatı keçirilib. Komandamız yarışda gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminov və məşqçi Rəşad İsayevin rəhbərliyi altında iştirak edib. Yarışın yekunlarına görə, yeniyetmələr arasında Hüseyn Məmmədov (42 kq), Sabir Məmmədov (36 kq), Tunar Rüstəmzadə (39 kq) və Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar.
Gənclərin yarışında isə Raul Qasımzadə (56 kq) gümüş, Bahadur Əhmədov (65 kq), Amal Məmmədov (52 kq), Pərviz Abiyev (56 kq) bürünc medal qazanıblar.
Böyüklər arasında dördqat Avropa çempionu, İslam Oyunlarının bürünc və gümüş mükafatçısı Elçin Eminov (65 kq) qızıl medala sahib olub.