Avropa Liqası:"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Avropa Liqası:"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçiriləcək. Azərbaycanın "Qarabağ" klubu da bu gün növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda bir həftə əvvəl Pireydə 3:0 hesabı ilə məğlub etdiyi Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşə saat 20:45-də start veriləcək. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək. "Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. 
Qrupun digər görüşündə 9 xala malik Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.