«Liverpul»un amansızlığı və Salahın het-triki 

«Liverpul»un amansızlığı və Salahın het-triki 

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında iki rekorda imza atıb. 30 yaşlı hücumçu Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda bu uğura yiyələnib.
Matçın 76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli hücumçu 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb. 

Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus olub. 37 yaşlı hücumçu 2011-ci ildə Fransa "Lion"unda çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə 8 dəqiqəyə 3 qol vurub.

Bundan əlavə, Məhəmməd Salah qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Kot d İvuardan olan Didye Droqbanı (44 qol) geridə qoyub.