“Qarabağ” ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanıb

“Qarabağ” ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanıb

UEFA Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. Azərbaycanın “Qarabağ” klubu G qrupunun dördüncü turu çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda hesab açılmayıb. Bu oyundan sonra Qurban Qurbanovun baş məşqçisi olduğu komanda  G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan “Olimpiakos” isə sonuncu pillədədir. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi G qrupunda ən azından üçüncü yeri rəsmiləşdirib. Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ əldə edib.
Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant”ı darmadağın edib - 0:4.  Hazırda G qrupuna 12 xalla “Frayburq” klubu başçılıq edir. “Nant” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.