Masallıda MOK-un 30 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilir 

Masallıda MOK-un 30 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilir 

Masallıda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon turniri keçirilir. Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən  oyunlar rayon gənclərinə sevinc yaşadıb. “B” qrupunda keçirilən oyunlar daha çox məhsuldarlığı ilə seçilib. Belə ki, "Təhsil sektoru" və "Qaz İdarəsi" komandalarının oyununda qapılara 7 top vurulub. Görüş "Təhsil sektoru" komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Məhkəmə" -  "Banks United" komandaların görüşü isə 1:5 hesabı ilə başa çatıb. "Masalı Mebel"- "Xəstəxana" komandaların oyununda 3-1 hesabı qeydə alınıb. 

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü