XI tur “Qarabağ”-“Turan Tovuz” matçı ilə başlayır

XI tur “Qarabağ”-“Turan Tovuz” matçı ilə başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Turun ilk oyununda “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq. Oyun “Azersun Arena”da 19:00-da başlayacaq. “Qarabağ” komandası 27 xalla liderdir, Tovuz təmsilçisi isə 12 xalla altıncı pilləni tutur. Matçın baş hakimi Vüqar Həsənli olacaq.

XI turun növbəti oyunları oktyabrın 22-23-də keçiriləcək. Belə ki, “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” - “Zirə” görüşləri oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də baş tutacaq.