Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Mingəçevir reqatası-2022”nin ikinci yarış gününə yekun vurulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən yarışların ikinci günündə 500, 1000 metr məsafəyə kayak və kanoe, həmçinin 1000 və 1500 metr məsafəyə akademik avarçəkmədə güclərini sınayıblar.
Azərbaycan təmsilçiləri ikinci yarış gününü 2 gümüş, 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, açılış mərasiminə ötən gün Suqovuşanda start verilən reqatada Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır. Ölkəmizi yarışda 70-ə yaxın idmançı təmsil edir.
Xatırladaq ki, Suqovuşanda keçirilən turnirin ilk günündə Azərbaycan avarçəkənləri 4 qızıl, 6 gümüş və 4 bürünc medala sahib olublar.
“Mingəçevir reqatası-2022”yə sabah yekun vurulacaq.
“Mingəçevir reqatası-2022”: Azərbaycan idmançıları daha 5 medal sahib çıxdılar