Zəngilanda “Zəfər yürüşü” çərçivəsində keçirilən triatlon turnirinin qalibi müəyyənləşib. Turnir çərçivəsində idmançılar əvvəlcə triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) yarışında mübarizə aparıblar.
Triatlon yarışında (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) Toğrul Məmmədli qalib gəlib. Cəfər Məmmədov ikinci, Cəlal Süleymanov isə üçüncü olub.
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, azad edilmiş ərazilərimizdə isə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir.
“Zəfər yürüşü” çərçivəsində keçirilən triatlon turnirində qaliblərin adına aydınlıq gəldi