Zəngilanda “Zəfər yürüşü” çərçivəsində keçirilən duatlon turnirinin qalibi müəyyənləşib.
Yarışda Əli Rzazadə velosiped və qaçış mərhələlərini bütün iştirakçılardan öndə bitirərək qalib adını qazanıb. İkinci yerin sahibi Teymur Cəfərov olub. Üçüncü yeri isə Səid Zairov tutub.
Qeyd edək ki, duatlon yarışında idmançılar doqquz kilometr velosiped sürmə və iki kilometr qaçış mərhələlərində mübarizə aparıblar.
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, azad edilmiş ərazilərimizdə isə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir.
“Zəfər yürüşü”: Duatlon turnirində qaliblər müəyyənləşdi