“Mingəçevir Reqatası”nın maraqlı məqamları

“Mingəçevir Reqatası”nın maraqlı məqamları

Ötən həftə Suqovuşanda başlayıb Mingəçevirdə bitən Mingəşevir reqatasının nəticələri barəsində artıq hamı xəbərdardı. 26 medal qazanan gənc avarçəkənlərimiz 5 dəfə podiumun ən yüksək pilləsinə qalxmağı bacarıblar. İlk olaraq qeyd edim ki, Vüqar Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) son vaxtlar bu idman növü sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Çünki hazırda federasiya yalnız yerli idmançıları yetişdirməklə məşğuldur və yığmaya hazır legionerlər gətirməkdən tam imtina edib. İnanıram ki, indi birinci yerə çıxa bilməyən yeniyetmə və gənclər bir-neçə ildən sonra artıq böyüklər arasında ən yüksək pillələr uğrunda mübarizə aparacaqlar.    Təçkilatçılıq baxımında da reqata yaddaqalan və uğurlu oldu. Suqovuşanda start götürən yarışlara gənclər və idman naziri Fərid Qayıbov başda olmaqla bir çox tanınmış idman xadimləri qatıldı. Bu da yarışa marağın daha da artdığını göstərən əsas amillərdən biri idi. Tədbirə qatılan xarici qonaqlar - Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış edərək ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, möhtəşəm təşkilatçılığa görə AKAF rəhbərliyinə minnətdarlığını bildirdilər. Bundan başqa bu ərazilərin işğaldan azad edilməsində bilavasitə iştirak etmiş qəhrəmanlar da reqatanın açılış mərasiminə dəvət olunmuşdu.
Fərid Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən Vətən müharibəsi iştirakçılarını və qaziləri xüsusi salamladı. Digər maraqlı məqam nazirin onların yanına şəkil çəkdirmək üçün yaxınlaşması oldu. “Siz dayanın, mən özü  gələrəm” deyən nazir bu igidlərlə şəkil çəkdirməkdən qürur duyduğunu qeyd etdi.
     Yarışın son iki günü Mingəçevirdə keçirildi. Sevindirici haldır ki, nazir bağlanış mərasiminə də təşrif buyurmuşdu – bu dəfə AKAF-ın prezidenti Vüqar Əhmədovla Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və deputat Elman Nəsirovla birgə.  Bağlanış mərasimi isə 13 müxtəlif  bayraqlı skuterin (iştirakçı ölkələrin sayına görə) kanalda dövrə vurması və göyə Azərbaycan bayrağının rəngləri ilə boyanmış şarların buraxılması ilə yadda qaldı. Xarici iştirakçı və qonaqların belə bir mənzərəni alqışlaması isə yarışların yüksək səviyyədə keçirildiyini təstiqlədi. Bizə isə Beynəlxalq Avarçəkmə Federasiyasının təqviminə artıq daxil edilən bu reqatanın yalnız yarış səviyyəsini artırmaq və təşkilatçılıq bacarığını bu səviyyədə qoruyub saxlamağı arzulamaq qalır. 
 

Vüqar VÜQARLI

  


 

“Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları “Mingəçevir Reqatası”nın maraqlı məqamları