Emeri İngiltərəyə gəldi 

Emeri İngiltərəyə gəldi 

İngiltərənin "Aston Villa" klubunun yeni baş məşqçisi bəlli olub.
Bundan sonra komanda Unay Emeri sərəncamına verilib.
İspaniyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə Stiven Cerardı əvəzləyib.
Qeyd edək ki, Unay Emeri 2020-ci ildən "Vilyarreal"ı çalışdırır. O, yeni işinə noyabrın 1-dən başlayacaq.
"Aston Villa" bu mövsüm Premyer Liqada 12 matçdan 12 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir.