ÇL: ev sahibləri qələbə qazanmasa…

ÇL: ev sahibləri qələbə qazanmasa…

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürəcək.
ilk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək. Bununla pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.
E qrupunda  "Çelsi" (İngiltərə) səfərdə "Zalsburq"a (Avstriya) qalib gəlsə, 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Zaqreb "Dinamo"su evdə "Milan"ı (İtaliya) qəbul edəcək. 
F qrupunda "Leyptsiq" Almaniyada "Real"ı (İspaniya) məğlub etsə, qrup 2-cisi kimi mübarizəni pley-offda davam etdirə bilər. Təbii ki, əgər "Şaxtyor" (Donetsk, Ukrayna) Şotlandiyada "Seltik"lə bacarmasa.
G qrupunda Dortmund "Borussiya"sı evdə "Mançester Siti"ni (İngiltərə) üstələsə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.
H qrupunda isə PSJ (Fransa) və "Benfika" (Portuqaliya) 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

25 oktyabr

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)


F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Leyptsiq" (Almaniya) - "Real" (İspaniya)


G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka)

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)


H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)


26 oktyabr

A qrupu

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)


B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (İspaniya) - "Bayer" (Leverkuzzen, Almaniya)


C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)


D qrupu

23:00. "Ayntraxt" (Almaniya) - "Marsel" (Fransa)

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)