2 ildən sonra yenidən danimarkalı hakim

2 ildən sonra yenidən danimarkalı hakim

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı Danimarka Futbol Federasiyasından Yakob Kehlet idarə edəcək.  Ona həmyerliləri Lars Hummelqaard və Viktor Skutte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jorgen Burçardt yerin yetəricək. VAR hakimi  Jeroen Mansçot, onun köməkçisi Rob Dieperink (hər ikisi Niderland) olacaq.
Oktyabrın 27-i  Fransada keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Y.Kehlet 2020-ci ildə Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın "Sivasspor"la matçının da baş hakimi olub. Həmin görüşdə Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. Bu görüşdə o, "Qarabağ"a 2, rəqib komandaya isə 3 sarı vərəqə göstərib.