Zizunun mumdan daha bir heykəli hazırlanıb

Zizunun mumdan daha bir heykəli hazırlanıb

Qreven Muzeyində əfsanəvi futbolçu, Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidanın mum-heykəlinin təqdimatı keçirilib. 
Təqdimatda Zidan və həyat yoldaşı da iştirak edib.
Bu, Qreven Muzeyində Zidanın üçüncü mum-heykəlidir. İlk dəfə belə bir heykəl orada 1999-cu ildə - "Stad de Frans"da keçirilən DÇ-1998-in final matçından bir il sonra (onda hələ Zidanın saçı vardı), ikincisi isə 2009-cu ildə hazırlanıb.
Bununla da Zidan general Şarl de Qol və Kraliça II Elizabet kimi üç və daha çox mum-heykəli olan tarixi şəxsiyyətlərlə bir sırada yer alıb.