Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Antalya şəhərinə səfər edib. Konfransda “İdman bizi daha güclü cəmiyyətlər üçün birləşdirir” və “Sağlam və davamlı gələcək üçün idmana yeni yanaşma” mövzularında məruzələr dinlənəcək, müvafiq qərarlar qəbul olunacaq. Tədbir çərçivəsində miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası mövzusu ətrafında dəyirmi masalar keçiriləcək. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin mövzu üzrə məruzəçisi Nigar Arpadarainin dəyirmi masada iştirakı gözlənilir. Səfər oktyabrın 27-də başa çatacaq.
Milli Məclisin deputatı konfransda iştirak edir