Qrossmeysterimiz şahmat tacı uğrunda turnirdə yarışacaq

Qrossmeysterimiz şahmat tacı uğrunda turnirdə yarışacaq

Fransanın paytaxtı Parisdə keçirilən şahmat üzrə Qran-pri seriyasından sonuncu, altıncı turnir başa çatıb.
Ən yaxşı nəticə göstərən Bolqarıstan nümayəndəsi Veselin Topalov 410 xal toplayıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə 390 xal nəticə ilə ikinci yerdə qərarlaşıb.
Beləliklə, zəka sahibimiz bu nəticə ilə şahmat tacına iddiaçıların gələn il keçiriləcək turnirində çıxış etmək hüququ qazanıb.