AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

   AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.