Moriyasu 26 «samuray»ı bir yerə topladı

Moriyasu 26 «samuray»ı bir yerə topladı

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəxək mili komandalar heyətlərini açıqlamaqda davam edirlər. Bu dəfə Yaponiyanın DÇ-2022-yə yollanacaq futbolçuları müəyyənləşib. Baş məşqçi Hadzime Moriyasu heyətə 26 futbolçunun adını siyahıya daxil edib. «Samuray»ların heyətində əksərən Avropa aparıcı çempionatlarında çıxış edən futbolçulardan təşkil olunub.

Qapıçılar: Suyiti Honda ("Simizu S-Pals"), Deniel Şmidt ("Sent-Trüyden"), Eyci Kavasima ("Strasburq")

Müdafiəçilər: Miki Yamane ("Kavasaki Frontale"), Xiroki Sakai ("Urava Reds"), Maye Yoşida ("Şalke"), Takihiro Tomiyasu ("Arsenal"), Seqo Taniquti ("Kavasaki Frontale"), Ko İtakura ("Borussiya" M), Hiroki İto ("Ştutqart"), Yuto Naqatomo ("Tokio"), Yuta Nakayema ("Haddersfild");

Yarımmüdafiəçilər: Vataru Yendo ("Ştutqart"), Hidyemasa Morita ("Sportinq"), Ao Tanaka ("Fortuna"), Haku Şibasaki ("Leqanes"), Kaoru Mitoma ("Brayton"), Daiti Kamada ("Ayntraxt"), Riçu Doan ("Frayburq"), Cunya İto ("Reyms"), Takumi Minamino ("Monako"), Takefusa Kubo ("Real Sosiedad"), Yuki Soma ("Naqoya Hrampus");

Hücumçular: Dayzen Maqda ("Seltik"), Takuma Asano ("Bohum"), Ayase Ueda ("Serkl Brügge").