«Rossonyerilər» Piolidən razıdırlar

«Rossonyerilər» Piolidən razıdırlar

«Milan» rəhbərliyi Stefano Pioli ilə müqavilənin müddətini artırıb. «Rossonyerilər» 57 yaşlı mütəxəssislə 2025-ci ilin yayına qədər birlikdə işləməyə qərar veriblər. 
Məlumat üçün bildirək ki, Pioli «Milan»a 2019-cu ildə gəlib. Onun baş məşqçiliyi altında «qırmızı-qaralar» ötən mövsüm İtaliya çempionu tituluna yiyələniblər.