Qarışıq Döyüş Növləri (MMA) üzrə yarışların rusiyalı iştirakçısı Aleksandr Pisarev həyatla vidalaşıb. «Mash» teleqram-kanalında yer alan xəbərə görə, Pisarev qarpızdan zəhərlənərək, dünyasını dəyişib. Belə ki, idmançı və yoldaşı oktyabrın 30-da zəhərlənmə hiss edərək, xəstəxanaya yerləşdiriliblər. Həyat yoldaşından fərqli olaraq Pisarev iki gün həyatla çarpışsa da, ölümün pəncəsindən qurtula bilməyib. İdmançının həyat yoldaşı isə hələ ki, həkim nəzarəti altındadır.
Qarpızdan zəhərləndi, həkimlər xilas edə bilmədilər