Bu gün UEFA Çempionlar Liqasındaqrup mərhələsininsonuncuturunun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qrupları üzrə 8 oyun keçiriləcək. Bundansonra 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşəcək. Günün ilk oyunları Almaniyada və Portuqaliyada baş tutub. B qrupunun təmsilçiləri “Bayer” (Almaniya) doğma meydanda pley-offa vəsiqəni təmin edən "Brügge"ni (Belçika) qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb -0:0. Belçikalılar aktivindəki xallarının sayını 11-ə çatdıraraq qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. Aktivində 5 xalı olan bundestim təmsilçisi isə qrupda üçüncü yeri tutaraq mübarizəsini Avropa Liqasında davam etdirəcək. Qrupun digər oyununda isə “Atletiko Madrid” klubu səfərdə Portuqaliyanın “Portu” klubu ilə üz-üzə gəlib. Dieqo Simeoninin komandası üçüncü yer uğrunda görüşdə qrup liderinə məğlub olub - 2:1. İspaniya təmsilçisi bu nəticədən sonra qrup sonuncusu olaraq Çempionlar Liqasındakı mübarizəsini dayandırıb. Portuqaliyalılar isə qrup lideri kimi 1/8 finala adlayıblar.
A, C və D qruplarının oyunları isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.