“Real”ın futbolçusundan karyerası barədə açıqlama

“Real”ın futbolçusundan karyerası barədə açıqlama

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Toni Kroos komandadakı gələcəyi barədə danışıb. Almaniyalı yarımmüdafiəçi “Kral klubu”ndan sonra heç bir klubda oynamayacağını açıqlayıb. “Karyerama yalnız bu klubda başa vuracağam. Növbəti il klubla bu barədə danışacağıq. "Real Madrid"ə olan hörmətim sonsuzdur və hər şeyə birlikdə qərar verəcəyik”, - deyə Toni Kroos bildirib. O, La Liqa çərçivəsində keçirdikləri “Jirona” ilə oyun barəsində də danışı: “Sonuncu matçı hakimə görə heç-heçə etmədik. Çünki ilk 70 dəqiqəni yaxşı oynamadıq. Amma penaltiyə gəlsək, orada həqiqətən penalti yox idi”.