Naqelsman: «Pley-offda bizim üçün asan olmayacaq»

Naqelsman: «Pley-offda bizim üçün asan olmayacaq»

«Bavariya»nın baş məşqçisi Yulian Naqelsman komandasının «İnter»lə (2:0) matçdan sonra heyətdəki gənc oyunçıların çıxışı barədə fikirlərini bölüşüb. ««İnter»lə matçı yüksək səviyyədə keçirdik. Heyətdə şans verdiyim yeni futbolçuların çıxışı məni sevindirdi. Sona yaxın oyunu tamamilə gənclərin ixtiyarına verdim. Rayan, Stani, Paul və Matisin çıxışı məni heyrətləndirdi. Qrup mərhələsini uğurla yekunlaşdırdıq. Lakin pley-offda bizim üçün asan olmayacaq. Keçən ildən fərqli olaraq, biz finala qədər irəliləməliyik», -  deyə Naqelsman UEFA-nın rəsmi saytına bildirib.