Konseysau: «Futbolçularımız heyrətamiz çıxış edirlər»

Konseysau: «Futbolçularımız heyrətamiz çıxış edirlər»

«Portu»nun baş məşqçisi Serjiu Konseysau komandasının Madrid «Atletiko»su (2:1) ilə matçda qələbəsindən danışıb. «Futbolçularımdan razı qaldım. Rəqibin qapısına daha çox top vura bilərdik. Lakin Simeonenin komandası ilə oynamaq asan məsələ deyil. Onlar heç bir matçda asan təslim olmurlar. Biz artıq növbəti mərhələdə çıxışımızı davam etdirəcəyik. Bu möhtəşəm bir uğurdur. Futbolçularımız heyrətamiz çıxış edirlər», - deyə «Portu»nun baş məşqçisi bildirib.