Şəhriyar Məmmədyarov “Chess Masters” turnirində iştirak edir

Şəhriyar Məmmədyarov “Chess Masters” turnirində iştirak edir

Oktyabrın 9-da İspaniyanın Bilbao şəhərində "Chess Masters” turnirinin ikinci turunun oyunları keçirilib. Qeyd edək ki, turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edir.
Şahmatçımız ikinci turda ermənistanlı idmançı Levon Aroyanla görüşüb. Tərəflər oyunun 27-ci gedişində heç-heç ilə razılaşıblar. Turnirin ikinci turunda Maykl Adams (İngiltərə) Maksim Vaşye-Laqravaya (Fransa) qalib gəlib.
Xatırladaq ki, turnirin birinci günü M.Adams-Ş.Məmmədyarov və L.Aroyan- M.Vaşye-Laqrava partiyaları heç-heçə başa çatmışdı. Beləliklə, 1,5 xal toplayan M.Adams lider mövqedəlir. Ş.Məmmədyarov və L.Arayon hərəyə 1 xal toplayıblar. M.Vaşye-Laqravanın aktivində isə 0,5 xal var.
Qeyd edək ki, iki dövrədə keçirilən turnir oktyabrın 12-də başa çatacaq.