İspaniyanın Bilbao şəhərində şahmat üzrə "Böyük dəbilqə” beynəlxalq turniri davam edir.
Beşinci turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşye-Laqrav ilə qarşılaşıb və görüş heç-heçə ilə nəticələnib. Digər cütlük Maykl Adams (İngiltərə)-Levon Aronyan (Ermənistan) qarşılaşması isə Maykl Adamsın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ş.Məmmədyarovun hesabında 4 xal var.