Yığmamız dünya çempionatında 10 cüdoçu ilə təmsil olunacaq

Yığmamız dünya çempionatında 10 cüdoçu ilə təmsil olunacaq

Oktyabrın 23-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində gənc cüdoçular arasında dünya çempionatı keçiriləcək. Artıq yarışda iştirak edəcək heyət müəyyənləşib. Belə ki, yarışda baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayacaq. Dünya çempionatı oktyabrın 27-də başa çatacaq.