Mundialın açılış oyunu italiyanlara tapşırıldı 

Mundialın açılış oyunu italiyanlara tapşırıldı 

Sabah Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına start veriləcək. Mundialın açılış oyunu Qətər və Ekvador komandaları arasında olacaq. A qrupun komandaları arasında keçiriləcək oyunun idarəçiliyi italiyalı referi Daniel Orsatoya həvalə olunub. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.