"Qarabağ" İngiltərədə "Nyukasl"la üz-üzə gələcək

"Qarabağ" İngiltərədə "Nyukasl"la üz-üzə gələcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununlarına start veriləcək. 

Olimpnews.az xəbər verir ki, cavab oyunlarının ilk günündə Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək. İtaliyalı FIFA referisi Davide Massanın idarə edəcəyi oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. 

Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyununda "Nyukasl" 6:1 hesablı qələbə qazanmışdı.