Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimdə Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri iştirak edib. 

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib.

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.