Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkəsini təmsil edən yığma komanda barəsində fikirlərini bildirib. «Sonuncu çempionluğumuzdan 20 il keçir. Artıq kifayətdir. Yeni çempionluğun vaxtıdır. Braziliya bu mundialın favoritidir. Ronaldu əvvəlki kimi formada deyil. Bizim futbolçularımız daha yaxşıdır», - deyə Lula «A Bola» saytına bildirib.