Qətərdə təşkil olunan dünya çempionatının final oyununu idarə edəcək hakimin adına aydınlıq gəlib. Argentina və Fransa komandaları arasında təşkil olunacaq həlledici oyunu polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.