Mərakeş yığma komandasının baş məşqçisi Valid Reqraqi yarmıfinaldakı məblubiyyətdən sonra fikirlərini bildirib.
«Matça çox pis başladıq. Buraxdığımz səhvlər yetərincə oldu. Bununla da fransızlara qol vurmaq üçün gözəl imkanlar yaratdıq. Səhvlər bağışlanmır və cəzasız qalmır. Biz Qətəri hələ də tərk etməmişik. Bürünc medallar uğrunda mübarizədə bizim şansımız daha yaxşıdır. Zədəli futbolçularımız var. Amma Mərakeş xalqı və bizi sevən azarkeşləri məyus yola sala bilmərik. Finalda Fransa yığmasına azarkeşlik edəcəyəm. Ona görə ki, bu komandanın heyətində yaxın dostlarım var», - deyə mərakeşli baş məşqçi bildirib.