Argentina millisinin təcrübəli futbolçusu Anxel Di Mariya Qətər-2022-nin finalında Fransa yığmasına qarşı oyunda yeni rekorda imza atıb. O, final oyununda qol vurmaqla buna nail olub. Belə ki, Di Mariya mundialın, Amerika kubokunun və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl medal qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qolunu vurub.