Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Portuqaliya Futbol Federasiyası 68 yaşlı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, Fernandu Santuşla müqavilənin müddəti 2024-cü ildə başa çatacaqdı. Lakin dünya çempionatında Mərakeşə uduzan yığmanın məğlubiyyəti fonunda yaranan gərginlik baş məşqçinin istefası ilə nəticələnib.
2014-cü ildən yığmaya rəhbərlik edən F.Santuş 2016-cı ildə komanda ilə Avropa çempionu tituluna sahib çıxıb.