Zədələnərək dünya çempionatını buraxacağı dəqiqləşən Kərim Benzemanı Fransa millisində kimin əvəzləyəcəyi məlum olub. Baş məşqçi Didye Deşam "Mançester Yunayted"in hücumçusu Antoni Marsialı yığmaya dəvət edib. Marsial bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 7 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Fransa millisində Presnel Kimpembe, Pol Poqba və Nqole Kante və Kristofer Nkunku da zədə səbəbindən mundialda iştirak etməyəcək. Komanda Avstraliya, Danimarka və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.
Benzemanın əvəzedicisi Qətərə gəldi